Aleksandr Lukaşenko Belarusda keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi qeydə alınıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, Lukaşenko daxil olmaqla prezidentlik postu uğrunda 5 namizəd mübarizə aparacaq.
MSK-nın məlumatına görə, Lukaşenko namizədliyinin dəstəklənməsi üçün 2,5 milyondan çox, qalan namizədlər isə hər biri 100 mindən bir qədər çox imza toplayıb.