"Yaxın gələcəkdə Avropa Rusiya və Belarusla əməkdaşlığa açıq olacaq".
Adalet.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
"Mən tam əminəm ki, bu, tezliklə baş verəcək, Avropa bizim üçün açılacaq, o mənada ki, Avropa bizsiz mövcud ola bilməz", - deyə Belarus lideri Moskva meri Sergey Sobyaninlə görüşdə bildirib.