Qış fasiləsinə turnir cədvəlinin ikinci pilləsində yollanan “Araz-Naxçıvan” məşqlərini yanvarın 5-də bərpa edəcək.
Apasport.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hazırlıq prosesini Bakıda keçirəcək “qırmızı-ağlar” iki yoxlama oyununda gücünü sınayacaq.
Baş məşqçi Elmar Baxşıyev komandanı yanvarın 8-də klubun əvəzediciləri ilə görüşdə sınayacaq.
Üç gün sonra – yanvarın 11-də isə “Araz-Naxçıvan” “ASCO Arena”da “Səbail”lə üz-üzə gələcək.
"Qarabağ" rəqiblərini qabaqladı
Ozobiçdən növbəti uğur: "Qəbələ", "Qarabağ", indi də "Neftçi"də
"Neftçi" "Kəpəz"dən də geri qalıb
FIFA Elçin Məsiyevi fərqləndirdi
Dadaşov oynadı, komandası xal itirdi