AZ

2024-cü ildə neçə cərrahi əməliyyat icra olunub?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrimizə 22.1 milyon müraciət qeydə alınıb, 76.8 milyon tibbi xidmət göstərilib".
Oxu.Az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, 2023-cü ildə isə 20.3 milyon müraciət qeydə alınıb, 63.8 milyon tibbi xidmət göstərilib:
"Cari ildə müraciət sayında 9%, göstərilən tibbi xidmət sayında isə 20%-lik artım qeydə alınıb.
2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrimizdə 348 mindən çox cərrahi əməliyyat və prosedur icra olunub. Cari ilin yanvar-noyabr ayları ərzində laboratoriya xidmətlərin sayı 30.5 milyon olub. Bu isə keçən illə müqayisədə 34% artım deməkdir".
V.Qurbanov əlavə edib ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində altı milyondan çox radioloji müayinə həyata keçirilib.
Aygün Mirakif
Seçilən
8
oxu.az

1Mənbələr