AZ

Teymur Kərimovun 9 il həbsi tələb edildi

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan Kanal-11 internet televiziyasının rəhbəri Teymur Kərimov və İstək Totiyevanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Oxu24.com un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror müttəhimlərin verilmiş ittihamla təqsirli bilinmələrini - Teymur Kərimovun 9 il, İstək Totiyevanın isə 3 il müddətə azadlıqdan məhrum edilməsini, sonuncunun məhkəmə zalındaca həbsini tələb edib.

Xatırladaq ki, istintaqın gedişində iş üzrə İstək Totiyeva da cinayət məsuliyyətinə cəlb edilib. Totiyeva kanal rəhbəri Kərimovla əlbir olaraq eyni cinayəti törətməkdə təqsirləndirilir.

phrase_var_article.chosen
0
8
oxu24.com

10phrase_var_article.sources