20 dekabr 2024-cü ildə Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə həsr olunmuş tədbiri keçirilib. Tədbirdə Bakı Slavyan Universiteti üzrə fondun əməkdaşı, BSU Həmkarlar İttifaqı Komitəsinin sədri Əli İsmayılov iştirak edib.
Fondun rəhbərliyi BSU-ya fəal əməkdaşlığa görə təşəkkür edib. Qeyd olunub ki, Bakı Slavyan Universitetinin tələbələrinin 1060 müraciəti uğurla təsdiqlənib.