AZ

"Beşiktaş"dan UEFA-ya müraciət - “Oyun başqa şəhərdə keçirilsin”

style='margin-bottom:10px;'>

"Beşiktaş" Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda "Tvente"yə (Niderland) qarşı səfər matçının yerinin dəyişdirilməsi ilə əlaqədar UEFA-ya müraciət ünvanlayıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandalar arasındakı görüşün yanvarın 30-da, Enshede şəhərindəki "De Qrolsh Veste" stadionunda keçirilməsinə və oyuna "Beşiktaş" azarkeşlərinin buraxılmamasına qərar verilmişdi.

İstanbul təmsilçisi isə bu qərarla razılaşmayıb. Klubun vitse-prezidentləri Onur Göçmez və Mete Vardar qərarı verən Enshede Bələdiyyəsinin rəhbəri Rulof Blekerlə görüşüblər. Lakin "Beşiktaş"ın azarkeşlərinin oyuna buraxılmaması qərarı dəyişdirilməyib. Buna səbəb kimi "Beşiktaş" azarkeşlərinin əvvəlki avrokubok matçlarındakı davranışları göstərilib.

Ona görə də "Beşiktaş" UEFA-ya müraciət ünvanlayıb və "Tvente" ilə oyunu Enshede şəhərində keçirmək istəmədiklərini bildirib. Klub Avropanın ali futbol qurumundan görüşün hər iki komandanın azarkeşlərinin təhlükəsiz bir şəkildə tribunalarda yer ala biləcəyi bir şəhərdə və ya ölkədə keçirilməsini istəyib: "Tvente" ilə oyunu təhlükəsizliyi təmin edə bilməyəcəyini şəxsən etiraf edən Rulef Blekerin bələdiyyə rəhbəri olduğu Enshede şəhərində keçirmək istəmirik. "Beşiktaş" klubu olaraq "Tvente" ilə matçın hər iki tərəfin azarkeşlərinin dostluq və təhlükəsizlik şəraitində tribunalarda yer ala biləcəyi şəhər və ya ölkədə təşkil edilməsi üçün UEFA-ya müraciət etdiyimizi ictimaiyyətə açıqlayırıq". 

Seçilən
0
1
teleqraf.com

2Mənbələr