AZ

Ceyhun Bayramov Səfirlər Konfransında Azərbaycanın Avropanın enerji şaxələndirilməsində rolundan danışıb

Serbiyaya işgüzar səfəri zamanı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Səfirlər Konfransında çıxış edib.

Olaylar xəbər verir ki, bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji və humanitar aspektlərinə, həmçinin, ümumi regional problemlərə, o cümlədən, ikili standartlara, beynəlxalq hüququn seçmə tətbiqinə toxunub.

Hər iki ölkənin xarici siyasətini istiqamətləndirən suverenlik və ərazi bütövlüyü prinsiplərinin qorunmasının vacibliyi vurğulanıb.

Nazir Bayramov Azərbaycanın Avropanın enerji şaxələndirilməsində mühüm rolu, o cümlədən, Avropa ilə Mərkəzi Asiyanı Xəzər və Qara dəniz hövzələri vasitəsilə birləşdirəcək gələcək yaşıl enerji planlarından da ətraflı danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
16
olaylar.az

10Mənbələr