AZ

Prokuror “Kanal 11”in direktoruna cəza istəyib

“Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov və onunla birlikdə mühakimə olunan İstək Totiyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fariz Rzayev ittiham nitqi ilə çıxış edib.

Dövlət ittihamçısı Teymur Kərimovun 9 il, İstək Totiyevanın isə 3 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.

O, İstək Totiyevanın barəsində həbs qətimkan tədbirinin seçilməsini və məhkəmə zalından həbs edilməsini istəyib.

Növbəti proses dekabrın 28-də davam edəcək.

Teymur Kərimov və İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Seçilən
2
21
sitat.info

10Mənbələr