Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Marko Curiçlə geniş tərkibdə görüşüb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi, enerji, humanitar və digər aspektlərini müzakirə ediblər.
Hər iki tərəf bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı dəstəkləməkdən, regional və beynəlxalq platformalar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
C. Bayramov həmkarına Ermənistanla davam edən sülh və normallaşma prosesi, sülh gündəmi qarşısında duran problemlər barədə də məlumat verib.