AZ

Tehran və Moskva tərəfdaşlıq sazişiimzalayacaq

Tehran və Moskva çox güman ki, 2025-ci il yanvarın ortalarında hərtərəfli əməkdaşlıq haqqında saziş imzalayacaq.

Redaktor.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib.

Onun sözlərinə görə, bu, yaxın gələcəkdə keçiriləcək ikitərəfli görüş olacaq. Saziş dekabrın 21-i ilə yanvarın 19-u arasında imzalanacaq.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dekabrın 4-də İran prezidenti Məsud Pezeşkianın Rusiyaya gözlənilən səfəri zamanı Tehranla yeni fundamental sazişin imzalanacağını gözlədiyini bildirib.

Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, səfərin tarixi hələ müəyyən edilməyib, lakin Moskva və Tehran hərtərəfli tərəfdaşlıq sazişinin imzalanmasını təxirə salmaq niyyətində deyil.

Türkan İSGƏNDƏRLİ 

phrase_var_article.chosen
9
redaktor.az

1phrase_var_article.sources