AZ

Qərb Ukraynadakı münaqişədə səhvinin əvəzini ağır ödəyəcək - Orban

Ukraynadakı münaqişədə yeni reallığı dərk etməyən Qərb tamamilə yanılır və səhvinin əvəzini ağır ödəyəcək.

Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.

Onun sözlərinə görə, ABŞ-da hakimiyyətə Qərbin mənəvi və sivil gələcəyi üçün vətənpərvərlərin tərəfində mübarizə aparmağa hazır olan prezident gələcək və bu, Qərb dünyasını tamamilə dəyişəcək.

"Mən artıq zehni olaraq bu yeni reallıqda yaşayıram və Macarıstan hökuməti artıq oradadır... Brüsseldə isə hələ də böyük dəyişikliklərə qədər olan köhnə reallıqdadırlar. Ümumi yanlış fikir. Bunun üçün böyük bir bədəl ödəyəcəklər" - Orban "M1 TV" telekanalının efirində deyib.

O, həmçinin qeyd edib ki, altı ay əvvəl Macarıstan Avropa İttifaqına sədr olanda Ukraynadakı münaqişənin sülh yolu ilə həllindən danışmaq mümkünsüz idi, lakin Budapeşt vəziyyəti dəyişə bilib.

"2024-cü ilin iyulunda Avropada sülhdən danışmaq özümüzü nüfuzdan salmaq demək idi. Amma biz bunu belə qoymadıq, prosesin risklərini öz üzərimizə götürdük, daim sülhdən danışdıq və altı ay sonra bu gün hamının danışdığı sülhə nail olduq" – Orban bildirib.

Onun sözlərinə görə, əvvəllər bu, "qadağan olunmuş mövzu və qadağan olunmuş siyasi məqsəd" idisə, nəhayət, mahiyyətindən danışmaq olar.

"Mən Milad atəşkəsi təklif etdim... Ukrayna bəzi müəmmalı səbəblərə görə hələ hazır deyil, lakin Milad hələ gəlməyib, biz təslim olmuruq" - Orban deyib.

Macarıstanın baş naziri vurğulayıb ki, Avropa Ukrayna münaqişəsində uduzub.

"Cəbhədə qismən yeni bir reallıq var – yəqin ki, bu barədə hər kəs eşidib, bu gizlədilmir. Rusiya irəliləyir... Yavaş-yavaş olsa da, irəliləyir. Avropa İttifaqı bu müharibəni uduzub" - Orban bəyan edib.
 

Onun sözlərinə görə, "hazırda onlar hər cür ünsiyyət hiylələrindən istifadə etməyə çalışırlar", məsələn, "sən qələbənin nə olduğunu bilə bilməzsən" deyərək, "qələbə məğlubiyyətdir, məğlubiyyət isə qələbədir" kimi izah etmək cəhdləri daha çoxdur. Bu, daha çox Corc Oruellin "1984" romanını xatırladır.


Orban, həmçinin bildirib ki, 2022-ci ilin aprelində Rusiya Federasiyası və Ukrayna sülh sazişi bağlamaq üçün bir-birinə "saatlar qədər yaxın olublar", lakin "Qərbin müdaxiləsi səbəbindən bu razılaşma mümkünsüz olub".

Bundan əvvəl Trampın komandasının Orbanın Ukraynada atəşkəs təklifini nəzərdən keçirəcəyi barədə məlumat verilmişdi.

Bizim.Media

Seçilən
2
bizim.media

1Mənbələr