AZ

"Zurabişvilinin tələbində legitimlik yoxdur" - Nazir

"Gürcüstan prezidenti Salome Zurabişvilinin ölkədə yeni parlament seçkilərinin keçirilməsi tələbi heç bir legitimliyə malik deyil və əsası yoxdur". 

"Unikal" xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib. 

"Onun tələbinin heç bir qanuniliyi ola bilməz, buna heç bir əsas yoxdur. Lakin biz bilirik ki, Salome Zurabişvilinin Gürcüstanın maraqlarına zidd hərəkətlərinin də heç bir hüquqi və konstitusiya əsası yoxdur", - XİN rəhbəri açıqlayıb. 

Nazir əlavə edib ki, bunun üçün Zurabişviliyə Konstitusiya, qanun və ümumiyyətlə, hər hansı qaydalar lazım deyil: "O, tamamilə nəzarətsiz hərəkət edir və qanuna və ya Konstitusiyaya baxmır". 

Qeyd edək ki, dekabrın 22-də Zurabişvili Tbilisidə keçirilən etiraz mitinqində ölkə rəhbərliyini, o cümlədən “Gürcü Arzusu”nun qurucusu və fəxri sədri Bidzina İvanişvilini dekabrın 29-na kimi yeni parlament seçkilərinin tarixini razılaşdırmaq üçün görüşə dəvət edib.

Ağarza Elçinoğlu 

Seçilən
4
1
unikal.az

2Mənbələr