Bakıda qonşunlarını qorxutmaq üçün yaşayış binasının dəhlizinə siçan buraxan şəxs məhkəməyə çıxarılıb.
"Cebheinfo.az" Qaynarinfo-ya istinadla bildirir ki, qonşuların şikayəti əsasında saxlanılan 1980-ci ildə Bakı şəhərində doğulmuş Emin Vəliyev (soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.