2024-cü ilin yanvar-noyabr aylarında gömrük xətti ilə büdcə daxilolmaları 5% artaraq 6 milyard 2 milyon 253 min manata çatıb.
Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 632 milyon 559 min manat (ötən ilin eyni dövrünə nisbətən 9.2% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 4 milyard 145 milyon 605 min manat (4.2% çox), aksizlər üzrə daxilolmalar 184 milyon 829 min manat (10.2% az), yol vergisi üzrə daxilolmalar isə 39 milyon 259 min manat (0.02% az) təşkil edib.