Nazirlik milyonluq tenderi yenə 10 manatlıq şirkətə verib
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi istilik sistemi üçün odluq dəstlərinin sıradan çıxmışların sökülməsi, təmir edilməsi, çatdırılması, quraşdırılması, yerinin və bağlantılarının uyğunlaşdırılması və sistemin sınaq olunması və adaptasiyası, dövriyyə nasoslarının təmiri dəsti (Sırdan çıxanların sökülməsi, əsaslı təmir edilmişin çatdırılması, elektrik ötürücü xətlərin çəkilməsi və birləşdirilməsi, gərginlik xətlərinin açılıb-bağlanması, bağlantı kabelləri, elektrik qoruyucuları, elektrik açarları, quraşdırma, sınaqların keçirilməsi) təchizatı və quraşdırılması üçün 1 265 196 AZN xərcləyəcək.
Məlumata görə, İdarə bu məqsədlə "Universal-S" MMC ilə müqavilə bağlamağı planlaşdırır.
Qeyd edək ki, Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Hikmət Tofiq oğlu Ağayevdir. Nazirliyin bir çox tenderlərinin qalibi bu şirkət olur(Pravda).