AZ

“Mən prezident olsaydım, bu müharibə heç vaxt baş verməzdi” – “Putinlə müharibəni bitirmək üçün görüşəcəyəm...”

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Arizonada keçirilən “AmericaFest” konfransında Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, bu addım Ukraynada müharibəni mümkün qədər tez bitirmək məqsədi daşıyır.

“Bu, mənim tezliklə etmək istədiyim işlərdən biridir... Prezident Putin mənimlə mümkün qədər tez görüşmək istədiyini söylədi. Ona görə də biz bunu gözləməliyik, lakin bu müharibəni bitirməliyik”, - Tramp bildirib. O, Ukraynadakı müharibəni dəhşətli adlandırıb və təkrarlayıb ki, o vaxt ABŞ prezidenti olsaydı, bu müharibə başlamazdı.

Bu müharibə dəhşətlidir. Heç kim belə bir şey görməmişdi. Biz bunu dayandırmalıyıq. Bu gülüncdür. Mən prezident olsaydım, bu müharibə heç vaxt baş verməzdi”, - o qeyd edib.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin seçilmiş lideri Donald Trampla görüşəcəyi təqdirdə onunla danışacaq mövzuların olacağına əmin olduğunu bildirib.

"Əgər nə vaxtsa yeni seçilmiş prezident cənab Tramp ilə görüşümüz olsa, əminəm ki, danışacaq çox şeyimiz olacaq", -o deyib.

“AzPolitika.info”

Seçilən
0
1
azpolitika.info

2Mənbələr