AZ

Pentaqon F-35-lərin tədarükü ilə bağlı 11 milyard dollarlıq müqavilə imzalayıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və “Lockheed Martin” şirkəti müxtəlif variantlarda 145 ədəd F-35 döyüş təyyarəsinin tədarükünü nəzərdə tutan müqavilə imzalayıb.

“Poliqon” ABŞ Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tərəflər arasında imzalanan müqavilənin dəyəri 11.7 milyard dollardır.

Bildirilib ki, bu sifariş həm ABŞ, həm də tərəfdaş ölkələr üçün F-35-lərin tədarükünü əhatə edir.

Siyahı aşağıdakı kimidir:

ABŞ Hərbi Hava Qüvvələri – 48 ədəd F-35A;

ABŞ Dəniz Piyadaları – 16 ədəd F-35B və 5 ədəd F-35C;

ABŞ Hərbi Dəniz Qüvvələri – 14 ədəd F-35C;

Pentaqonun proqram tərəfdaşları – 15 ədəd F-35A və 1 ədəd F-35B;

Xarici Hərbi Satış çərçivəsində – 39 ədəd F-35A və 7 ədəd F-35B.

Seçilən
23
poliqon.az

1Mənbələr