AZ

Bayden 37 nəfəri ölüm cəzasından azad edib

ABŞ Prezidenti Co Bayden törətdikləri cinayətlərə görə ölüm cəzasına məhkum edilmiş 40 nəfərdən 37-nin cəzasının ömürlük həbslə əvəz olunduğunu açıqlayıb.

 Tribunainfo.az xəbər verir ki, bu barədə “Associated Press” yazıb.

O bu məsələni Donald Tramp vəzifəsinin icrasına başlayanadək həll etməyi özü üçün prinsipial məsələ adlandırıb:

“Mən fəaliyyətimi zorakılıq cinayətlərinin azaldılması uğrunda mübarizəyə həsr etmişəm. Bu gün də vəzifəmdən istifadə edib, ölüm cəzasına məhkum olunan 40 nəfərdən 37-nin cəzasını ömürlük həbslə əvəz edirəm. Lakin onlara vaxtından əvvəl həbsdən azad olunmaq hüququ verilməyəcək. Çünki bu şəxslər nifrət zəminində kütləvi qətllər törədiblər”.

Qeyd edək ki, “Bayden əfvindən” kənarda qalanlar arasında 2013-сü ildə Bostondakı qaçış marafonu zamanı dostu Robert Bauerslə birlikdə çoxsaylı insanların toplaşdığı ərazidə partlayıcı qurğunu işə salaraq 3 nəfəri qətlə yetirən, 282 nəfəri isə yaralayan Çeçen əsilli Cövhər Tsarnayev, eləcə də 2015-ci ildə irqi zəmində çoxsayllı qətllər törədən Dilan Ruf da var.

Seçilən
0
8
tribunainfo.az

9Mənbələr