AZ

Gələn il Azərbaycana Almaniyadan çoxlu sayda həkimlər gətiriləcək - Rəsmi

2025-ci il Azərbaycana Almaniyadan çoxsaylı həkimlərin gətirilməsi planlaşdırılır. Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov dekabrın 23-də jurnalistlər üçün keçirilən mətbuat konfrasında deyib. 
 
"Bununla bağlı ciddi işlər görülür. Gələn il Almaniyadan ölkəyə qayıdan çoxsaylı həkimləri görmək mümkün olacaq. Vacib olan həkimlərin birdəfəlik Azərbaycana qaytarılması deyil, əsas orda əldə etdikləri bilik və bacarıqları, eləcə də təcrübələri ölkəmizin səviyyəsi üçün faydalı şəkildə istifadə etməsidir. Həmin həkimlərin bəziləri nüfuzlu tibb müəsisələrində çalışır. Məhz həmin həkimlər həm elmi fəaliyyətlə, həm tibbi fəaliyyətlə də məşğuldurlar. Davamlı olaraq xaricdə yaşayan həkimlərimizlə görüşürük. Məqsədimiz gələn il ərzində Azərbaycana çoxsayda həkimlərin geri qaytarılması əsas hədəflərdəndir. Almaniyada yaşayan çox nüfuzlu həkimlərimiz ilə ölkənin bir bölgəsi üzrə cərrahi xidmətlərin təşkili və regionda inkişafı ilə bağlı pilot layihəyəy başlayırıq. Bu layihənin rəhbəri əslən Azərbaycandan olan xaricdə çalışan həkimdir. Onunla bərbər bu layihənin icraçı üçün Azərbaycana həkimlər dönəcək. Ümid edirəm ki, gələn ilin sonuna bütün bölgələrdə xaricdə oxuyan həkimlərlə təmin edəcəyik. Bu da ölkə üçün çox böyük uğur olacaq", - Qurbanov bildirib. 
 
Bir neçə gün öncə TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov deyib ki,  həkimlərin 60%-i Bakıyadır və regionlarda həkim çatızmazlığı var. 
 
Bundan əvvəl də Milli Məclisdə deputatlar tərəfindən regionalarda həkim çatızmazlığı məsələsi qaldırılıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
phrase_var_article.chosen
18
9
anews.az

10phrase_var_article.sources