AZ

Mançini İtaliya millisindən ayrıldığına görə peşmandır

style='margin-bottom:10px;'>

Məşhur mütəxəssis Roberto Mançini İtaliya millisinin baş məşqçi vəzifəsini tərk edərək Səudiyyə Ərəbistanı millisini çalışdırmağı haqqında danışıb.

QOL.az xəbər verir ki, o, belə bir qərar verdiyinə görə peşman olduğunu deyib: 

“Bir daha bu qərarı verməzdim. Çünki İtaliya millisinin baş məşqçisi olmaq ən yaxşı işdir. Bir daha eyni seçimi etməzdim.

İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina ilə münasibətləri pozulubmu? Bəlkə də bir-birimizi başa düşmədik. Əgər biz daha çox danışsaydıq, bəlkə də hər şey başqa cür olardı. Amma mənim onunla heç bir problemim yoxdur. 

Bəzən hər şeyi pul üçün etdiyimi düşünürlər. Mənim haqqımda xəbəri olmayanlar geri qayıdıb hər şeyə yenidən baxa və sonra danışa bilərlər”.

Qeyd edək ki, 2023-cü ilin yayında Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi təyin olunmuşdu və oktyabrın 25-də vəzifəsindən istefaya göndərilib. O, 2018-ci ilin yayından ötən ilin yayınadək İtaliya millisinə rəhbərlik edib. Mançini İtaliya yığması ilə Avro-2020-nin qalibi olub.

phrase_var_article.chosen
10
6
teleqraf.com

7phrase_var_article.sources