AZ

Ulduz futbolçuya daha bir şok: sevgilisi də ondan üz döndərdi

"Mançester Yunayted"in və İngiltərə millisinin hücumçusu Markus Reşford yenidən tək qalıb.

Publika.az "The Sun"a istinadən xəbər verir ki, model Qreys Cekson 27 yaşlı forvarddan ayrılmaq qərarına gəlib. Onlar cəmi bir neçə ay görüşüblər. İnsayderlərin sözlərinə görə, onların sevgi hekayəsi sentyabrda başlayıb və bir neçə gün öncə bitib.

FOTO.

Ayrılığın səbəblərdən biri Qreysin Britaniyanın məşhur “Love Island All Stars” şousunda iştirak etmək istəyidir.

"Qreys Markusun onun haqqında ciddi olmadığını başa düşdü. O, birlikdə gələcəklərinin olmadığını anladı və münasibəti dayandırmaq qərarına gəldi.

Bu qış "Sevgi Adası Ulduzlar"da iştirak etmək fürsəti yarananda, Qreys fürsətdən istifadə etdi. O, hələ gəncdir və karyerasında uğur qazanmaq üçün önünə çıxan fürsətlərdən maksimum istifadə etmək istəyir. Şouda sevgi tapsa, bu, onun üçün xüsusi olacaq", - deyə mənbə bildirib.

Qeyd edək ki, Markusun karyerasında işləri yaxşı getmir. Futbolçu "Mançester Yunayted" tərəfindən transferə çıxarılıb. Bundan sonra İngiltərə millisinin üzvünün Avropanın böyük klublarından heç birinə lazım olmadığı məlum olub.

phrase_var_article.chosen
12
1
publika.az

2phrase_var_article.sources