AZ

“Tünzalə dünyadan köçəndən ona xəyanət etməmişəm”

"699 gün oldu... Artıq xatirələr də yavaş-yavaş tərk edir məni. Əvvəldən də yaddaşım elə də güclü deyildi, indi isə tamamilə yoxa çıxıb".

Yenisabah.az xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal yazıb. 

O, dünyasını dəyişən xanımını sosial şəbəkə hesabında paylaşaraq bildirib:

“Tünzalənin telefonundan tez-tez özümə zəng edirəm. Bu, məni az da olsa rahatladır. Tünzalənin mənə dediyi sözləri və həmin anı yenidən yaşayıram. Telefonu açanda ilk sözü “eşqim” olurdu. Bəzən eşidirəm ki, kimsə həyat yoldaşından ayrılmaq qərarı alıb. Qəribə həyatdır, mən dünyada olmayan həyat yoldaşımı istəyirəm, ona qovuşacağım günün xəyalını qururam, ailəsi sağ olanlar isə onu dağıtmağa çalışırlar. Allah şahiddir ki, Tünzalə dünyadan köçəndən bu günə kimi ona xəyanət etməmişəm. Qızıma şərəfli ad qoyub gedəcəyəm. O da başı uca gəzəcək”.

 


Telegram kanalımız
Seçilən
1
4
yenisabah.az

10Mənbələr