AZ

Əsədi devirən “türk” MOSSAD agentidir? – 4 dövlətlə bağlı plan pozuldu

Suriyada Bəşər Əsəd rejimini devirən müxalif “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının lideri Əhməd Hüseyin eş-Şara (Colani) ilə bağlı diqqətçəkən fikirlər səsləndirilir. Bəzi ekspertlər onun İsrailin MOSSAD xidmətinin agenti olduğunu iddia edir.

Colaninin İsraillə əlaqəli şəxslərə xas bədən dilindən istifadə etməsi bu iddiaları gücləndirib.

Suriyada hökumət çevrilişi ilə bağlı prosesə rəhbərlik edən, hətta “Ankaranın adamı” kimi təqdim olunan və “türk” adlandırılan HTŞ rəhbəri MOSSAD agenti ola bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, Colani ilə bağlı iddialar həqiqəti əks etdirmir:

“Bu kimi fikirləri səsləndirən ekspertlər İran və Rusiya mətbuatının təsiri altında qalanlardır. Suriyada nəzarət iddia olunduğu kimi İsraildə deyil. Burada yeni təyin edilən xarici işlər naziri və Hələbin valisi Türkiyədə təhsil almış şəxslərdir. Bir neçə gün öncə Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın Dəməşqə gedərək HTŞ lideri Əhməd Hüseyin eş-Şara (Colani) ilə görüşmüşdü. O, Kalının əyləşdiyi avtomobili birbaşa özü sürürdü.

Yeri gəlmişkən, Türkiyənin xarici işlər xaziri Hakan Fidanın da Suriyaya səfəri xüsusi diqqət çəkdi. Yəqin ki, yaxın zamanda Prezident Rəcəb Tayyib Ərdoğan özü Dəməşqə gedib, buradakı Əməvi məscidində namaz qılacaq”.

Turab
Turab Rzayev

Ekspertin sözlərinə görə, Türkiyənin sürprizi qarşısında bir çoxları özlərini itiriblər:

“Suriyada ən azı 4 dövlət yaratmaq istəyirdilər, Türkiyə bu planı pozdu. İndi İsrail çalışır ki, Dəməşqdə “Dürzi” dövləti yaratsın və onlar da könüllü şəkildə Təl-Əvivin himayəsini tələb etsinlər. ABŞ da həmçinin PKK-nın yerləşdiyi əraziləri qorumaq istəyir. Ələvi dövlətinin qurulması ilə bağlı məsələ isə artıq alınana oxşamır.

Türkiyə və Suriyada qurulan yeni rejim PKK-nın tutduğu ərazini azad edəcəklərini, başqa dövlət yaratmağa imkan verməyəcəklərini bildirirlər. İsrailin Baş naziri Benyamin Netanyahunun oğlunun qəfil PKK sevgisinin və Suriyaya hücumun da səbəbi budur.

Fikrimcə, dünya ictimaiyyəti həm Dəməşqdəki yeni hökuməti tanıyacaq, həm də İsraili Suriya ərazilərini tərkə məcbur edəcək”.

phrase_var_article.chosen
13
turkustan.az

1phrase_var_article.sources