AZ

NATO-nun büdcəsi artırıla bilər?

NATO-nun Baş katibi Mark Rutte ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın daha çox müdafiə xərclərinə təzyiq edə biləcəyini ifadə edib.

"Cebheinfo.az" DPA-ya istinadən xəbər verir ki, Mark Rutte Almaniya kimi bəzi NATO üzvlərinin müdafiə xərclərinin nisbətən aşağı olması ilə bağlı müzakirələrə toxunub.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın bəzi NATO üzvlərinə müdafiəyə daha çox xərcləmələri üçün təzyiq göstərməsini gözlədiyinə diqqət çəkən Rutte, “Tramp bizdən daha çox şey istəyəcək və bunu etməkdə haqlıdır. Daha çox iş görməliyik" deyib.

Rutte hazırda Rusiyanın ərazisinə hücum təhlükəsini görmədiyini, lakin gələcək üçün narahat olduğunu vurğulayaraq, “Müdafiə xərclərimizi artırmasaq, 4-5 ildən sonra ciddi problemimiz olacaq. 

İndi qorxmaq lazım deyil, amma mən uzunmüddətli perspektivdə narahatam” deyib.

Müdafiə sənayesini gücləndirmək və istehsalı genişləndirmək lazım olduğunu vurğulayan Rutte əlavə edib ki, uzun müddətdə özümüzü qorumaq üçün kifayət qədər hərbi texnika istehsal edə bilmədiyimiz üçün əlavə istehsal xətləri və növbələr yaradılmalıdır:

“NATO ərazisində müharibənin qarşısını almaq üçün bizim çəkindirmə gücümüzü hazırlamaq və gücləndirmək üçün hələ vaxtımız var. Ancaq indi hərəkətə keçməliyik".

Seçilən
8
cebheinfo.az

1Mənbələr