AZ

Tramp yenidən Qrenlandiyaya İDDİA ETDİ

ABŞ-nin 47-ci prezidenti seçilən və rəsmi vəzifəsinin başlamasını gözləyən Donald Trampın Qrenlandiya ilə bağlı fikirləri diqqət çəkib.

 

Sfera.az bildirir ki, Tramp 1979-cu ildə muxtariyyət qazanmasına baxmayaraq, Danimarka ərazisi olan Qrenlandiyanın bəzi məsələlərdə ABŞ-nin nəzarəti altında olması barədə ritorikasını təkrarlayıb.

 

O, bu barədə özünün “Truth Social” hesabındakı paylaşımında qeyd edib: 

 

“Birləşmiş Ştatlar dünyada milli təhlükəsizlik və azadlıq üçün Qrenlandiyaya sahiblik və nəzarəti mütləq zərurət hesab edir”.

 

Qeyd edək ki, Qrenlandiya 1979-cu ildə Danimarkadan muxtariyyət alsa da, xarici siyasət, təhlükəsizlik və maliyyə məsələlərində hələ də bu ölkədən asılıdır. 1946-cı ildə keçmiş ABŞ Prezidenti Harri Truman Danimarkaya uran, qızıl, neft və qaz ehtiyatlarına malik olan Qrenlandiyanı almaq üçün 100 milyon dollar qızıl təklif etmişdi. Bu təklifdən 73 il sonra Tramp Qrenlandiyanı almaq istədiklərini bəyan etdi və bu məsələ Danimarka ilə ABŞ arasında qısamüddətli diplomatik böhrana səbəb oldu.

 

Günay 

Seçilən
21
25
sfera.az

10Mənbələr