AZ

“Barselona” niderlandlı futbolçu ilə vidalaşmağa hazırlaşır

“Barselona”

İspaniyanın "Barselona" komandası futbolçusu Frenki de Yonq ilə yollarını ayırmağa hazırlaşır.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi niderlandlı yarımmüdafiəçi ilə yaxın vaxtlarda vidalaşa bilər. Klub rəhbərliyi 27 yaşlı oyunçunun çıxışından razı deyil.

Futbolçunun İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Qeyd edək ki, Frenki de Yonq bu mövsüm “Barselona” forması ilə 13 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
2
5
xalqcebhesi.az

7Mənbələr