Polis əməkdaşları tərəfindən Bakıda və bölgələrdə partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib.
DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, paytaxtın Suraxanı, Sabunçu, Xətai rayonlarında, həmçinin Saatlı, Samux, Şabran və Qəbələdə keçirilən tədbirlərlə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən 11 nəfər müəyyən olunaraq saxlanılıb. Onlara məxsus obyektlərə baxış keçirilərkən müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.
Faktlar üzrə həmin şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.