Gözəl təbiəti, təmiz havası ilə seçilən Daşkəsən rayonunun Yolqullar kəndində qış aylarında yaşayış olmur.
Buna səbəb şaxtalı və soyuq keçən sərt hava şəraitidir. Yayda isə bir neçə ailə buradakı evlərində cəmi iki-üç ay qonaq qismində qalır.
Viral.az xəbər verir ki, bu barədə Baku TV-nin kənddən hazırladığı reportajda məlumat verilib.
Son Yazılar:
- İnsanlar Yolqullar kəndindən niyə qaçıblar?
- Nişanlısı ilə görüşə getmək istəyən idmançı xalası oğlu tərəfindən ÖLDÜRÜLDÜ
- Kürdəmirdə daha bir körpə ÖLDÜ
Qeyd edilib ki, burada 30-a yaxın ev olsa da, onların heç birində yaşayış yoxdur. Sakinlərin çoxu evlərini qıfıllayaraq kəndi tərk edib.
Həmçinin vurğulanıb ki, sakinlərin kənddən getməsinin digər səbəbi yolların baxımsız olması, eləcə də uşaqların təhsil alması üçün məktəbin olmamasıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Rövşən Məmmədov yol problemi ilə bağlı açıqlama verərək qarşıdakı illərdə təmir işlərinin aparılmasının nəzərdə tutulduğunu bildirib.