İsveçrə Avropa İttifaqının (Aİ) Rusiya Federasiyasına qarşı 15-ci sanksiyalar paketinə qoşulub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.
Bildirilib ki, İsveçrə Rusiyadan 54 fiziki şəxs və 30 şirkəti qara siyahıya salıb.
Hökumətin saytında yer alan xəbərə görə, sanksiyalar dekabrın 24-də qüvvəyə minəcək.
Bu şirkətlərin və fiziki şəxslərin aktivləri dondurulacaq, konfederasiya ərazisinə girişinə icazə verilməyəcək.
Rusiya nefti daşıyan 52 tanker də sanksiyaya məruz qalıb.