AZ

Emreli və Renkadan sonra hədəf İlkin Həsəni oldu — FOTO

Son zamanlar sosial şəbəkələr, xüsusilə "WhatsApp" vasitəsilə insanların aldadılması halları tez-tez rast gəlinən dələduzluq üsulları arasında yer alır. Bu dəfə dələduzluğun hədəfində tanınmış aparıcı İlkin Həsəni olub.

Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, aparıcının adından istifadə edən naməlum şəxs onun tanışlarına müraciət edərək pul istəyib.

İ.Həsəni sosial şəbəkə hesabında bu hadisə ilə bağlı paylaşım edərək yazıb:

"Dünəndən etibarən əksər dostlarıma, tanışlarıma bu nömrədən pul istəyi ilə bağlı müxtəlif mesajlar gəlir. Adamdakı rahatlığa bax, açıq nömrə ilə adımdan istifadə edir və üstəlik yerli bank kartı rekvizitlərini atır", - deyə İ.Həsəni yazıb.

 

Seçilən
2
9
demokrat.az

10Mənbələr