AZ

Rusiya təhsil sisteminin yuxarı eşelonunda HƏBSLƏR GÖZLƏNİLİR – İDDİA

Rusiya hakimiyyətinin ali eşelonunda həbslər mümkündür.

Yenicag.az Rusiyanın “Nezigar” nəşrinin məlumatına görə, həbslər təhsil sahəsinə aid olacaq. Cinayət işlərində Rusiya Federasiyasının maarif naziri Sergey Kravtsov və “Rosobrnadzor”un rəhbəri Anzur Muzayevin adı çəkilə bilər.

Nazir Kravtsov və Muzayev uzun müddətdir bir-birlərini tanıyır və həm peşəkar, həm də şəxsi münasibətlərdə əlaqələri var. Muzayev Kravtsovun “Rosobrnadzor”u idarə etdiyi dövrdə uzun müddət onun müavini olub. Onların əlaqələri Rotenberq ailəsi vasitəsilə də davam edib. Muzayev son dövrlər kifayət qədər “zəif” davranış sərgiləyib və dəfələrlə məzuniyyətə çıxıb.

Lakin Rusiya Baş Prokuroru Vladimir Putinə hesabat təqdim etdikdən sonra vəziyyət dəyişib. Krasnovun hesabatında Maarif Nazirliyi və “Rosobrnadzor” tərəfindən yol verilən 12 mindən artıq pozuntu qeydə alınıb. Hesabatdan bir neçə gün sonra maarif nazirinin müavini Dmitri Qribov həbs edilib. O, Kravtsovun rəhbərliyi altında uzun müddət çalışıb və 54 milyon rubl mənimsəməkdə ittiham olunur. Fırıldaqçılıq mexanizmləri ilə həyata keçirilən bu mənimsəmə, guya müəllimlər üçün keçirilən ixtisasartırma kurslarının sənədləşdirilməsi ilə bağlı olub. Əslində, bu kurslar ya keçirilməyib, ya da çox kiçik həcmdə olub.

Ekspertlər hesab edirlər ki, Qribov bu işdə ilk səs-küylü şəxs olsa da, sonuncu olmayacaq. Təhlükəsizlik xidmətinin diqqətində hazırda Kravtsov, Muzayev və bir sıra universitet rektorları və digər qurumların rəhbərləri var. Bundan əlavə, Maarif Nazirliyinin və “Rosobrnadzor”un PR xərcləri də yoxlanıla bilər. Bu xərclərin həmişə yüksək olduğu və qəbul edilmiş sərhədləri aşdığı qeyd edilir. Ekspertlər hesab edirlər ki, bu istiqamətdə də ciddi pozuntular aşkar edilə bilər. Nəşr bildirir ki, Kravtsov və Muzayev həbsdən xilas olsalar belə, onların karyerası böyük ehtimalla sona çatacaq və ilk fürsətdə yeni kadrlarla əvəz olunacaqlar.

phrase_var_article.chosen
15
yenicag.az

1phrase_var_article.sources