AFFA rəhbərliyi sabiq FİFA referisi Tahir Süleymanovu 60 illik yubileyi münasibətilə təbrik edib.
"Football-plus.az" xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev ona cansağlığı və uğurlar arzulayıb. Bu münasibətlə futbol mütəxəssisinə xatirə hədiyyəsi təqdim olunub. Tahir Süleymanov göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Xatırladaq ki, Süleymanov müstəqil Azərbaycan Respublikasının ilk üç FİFA referisindən biri olub. O, daha sonra futbol fəaliyyətini müxtəlif klublarda davam etdirib. Tahir bəy “Neftçi”nin vitse-prezidenti vəzifəsində də çalışıb.
Hazırda Bakı Futbol Federasiyasının prezidentidi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta