“Zirə”nin qapıçısı Aydın Bayramov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı qolkiperin yubileyi Misli Premyer Liqasının XVIII turuna təsadüf edib.
O, “Səbail”ə qalib gəldikləri səfər görüşündə (1:0) 90 dəqiqə meydanda olub.