Kələm yarpaqlarının bel ağrılarına yaxşı gəldiyini bilirdinizmi?
Doktorm.az “haber 7”yə istinadla xəbər verir ki, hər birimiz həyatımızın bir nöqtəsində bel ağrısı ilə qarşılaşa bilərik. Bel ağrısı gündəlik həyatı mənfi təsir edən və həyat keyfiyyətini aşağı salan narahatedici bir vəziyyətdir.
Ancaq səbəbindən asılı olmayaraq bütün bel ağrıları ciddi qəbul edilməlidir. Çünki vaxtında müalicə olunmayan bel ağrıları sonradan sizin üçün daha böyük problemlər yarada bilər.
Bel ağrılarının 85-90%-nin səbəbi mexaniki bel ağrısıdır. Mexanik bel ağrısı, onurğada heç bir problem olmadan bel əzələlərindən yaranan ağrılara verilən addır.
Müasir texnologiyalar və insanların gündəlik həyatlarında yol verdikləri səhvlər bel ağrılarının tezliyini artırıb.
Bel ağrılarının qarşısını təbii üsulla almaq üçün kələm yarpağı olduqca əlverişlidir. Bu tərəvəz qədim zamanlardan təbii ağrıkəsici kimi istifadə edilib.
Bunun üçün kələm yarpaqlarını qaynar su ilə dolu bir qazanda bir neçə dəqiqə qaynadın. Sonra yarpaqları süzün və parçaya bükərək ağrıyan hissəyə kompres qoyun.Yarım saat kələmi belə saxlasanız, ağrılarınız keçəcək.
Bundan əlavə, kələm yarpaqlarını süddə qaynadıb məcun da hazırlaya bilərsiniz. Sonra bu qarışığı ağrılı nahiyəyə çəkin və otuz dəqiqə saxlayın. Bu üsulu həftədə 3 dəfə yoxlaya bilərsiniz.