AZ

Son 8 gün: Avropa donacaq

Rusiya ilə Ukrayna arasında qaz böhranı dərinləşir və bu Avropanın enerji təhlükəsizliyini təhdid edir.

Demokrat.az
türk mənbələrinə istinadən xəbər verir ki,  danışıqlar heç bir nəticə verməyib. Qaz tranziti ilə bağlı hazırkı müqavilənin bu ilin sonunda başa çatacağı bildirilib.

SOCAR rəsmiləri may ayında İstanbulda, avqustda isə Vyanada Ukrayna və Rusiya enerji şirkətlərinin nümayəndələri ilə görüşlər keçirdiklərini, lakin tərəflərin şərtlərlə bağlı razılığa gələ bilmədiyini açıqlayıb.

Avropa Rusiya və Ukrayna arasındakı gərginliyin qaz axınına təsirini diqqətlə izləməkdə davam edir. Avropa İttifaqı Azərbaycan kimi alternativ mənbələrə müraciət etməklə öz enerji təchizatınışaxələndirməyə çalışsa da, bu böhran qitənin enerji təhlükəsizliyində təhlükə yaratmaqda davam edir.


Əfsanə Kamal
Demokrat.az

Seçilən
12
demokrat.az

1Mənbələr