Ələt limanı, Moskva yaxınlığındakı Selyatino kəndi, Belarusun Svisloç stansiyası və Daşkənddə terminalların tikintisi məsələsi üzərində iş gedir.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib.
“Bu obyektlərin tikintisinə gələn il başlanılacaq”, - deyə nazir bildirib. Onun sözlərinə görə, yeni terminalların ümumi gücü ildə bir milyon 200 min konteyner təşkil edəcək.
“Gələcəkdə Rumıniyanın Konstansa, Macarıstanın Budapeşt və Çinin Urumçi şəhərlərində birgə terminalların yaradılması planlaşdırılır. Nəticədə xarici terminalların tutumu 5 dəfə artacaq ki, bu da yük axınlarını formalaşdıran əsas ölkələrdən yüklərin Qazaxıstanın nəqliyyat dəhlizlərinə cəlb edilməsinə imkan verəcək”, - deyə nazir vurğulayıb.