AZ

Kreml BRİKS-in yeni tərəfdaş ölkələrinin siyahısını açıqlayıb

...Rusiya doqquz ölkədən BRİKS dövlətlərarası assosiasiyasının tərəfdaşı olmağa hazır olduqlarını təsdiqləyib və onlara bu status 2025-ci il yanvarın 1-dən veriləcək.

SİA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.

...Bu günə qədər Belarus, Boliviya, İndoneziya, Qazaxıstan, Kuba, Malayziya, Tailand, Uqanda və Özbəkistandan BRİKS-in tərəfdaş ölkələri olmağa hazır olduqları barədə təsdiqlər gəlib. Yanvarın 1-dən bu dövlətlər rəsmi olaraq bu statusu alacaqlar.

BunuKreml nümayəndəsi qeyd edib.

Uşakov həmçinin əlavə edib ki, Moskva daha dörd ölkədən gələn dəvətlərə cavab gözləyir.

Daha əvvəl Uşakov bildirmişdi ki, Səudiyyə Ərəbistanı BRİKS-ə iştirakçı ölkə kimi dəvət olunub, lakin Ər-Riyad təşkilata daxil olmaq barədə yekun qərar verməyə tələsmir.

Əli Babayev

Seçilən
27
sia.az

1Mənbələr