Şimali Koreya Rusiyaya hərbi yardımı artıra bilər. Söhbət yeni əsgər və texnikanın göndərilməsindən gedir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna prezidenti Vladimir Zelenskiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Ali Baş Komandanın qərargahının bu gün keçirilən iclasında Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin məruzəsi dinlənilib. O, cəbhədəki vəziyyət və Kursk əməliyyatı barədə danışıb.
“Şimali Koreyadan Rusiya ordusu üçün əlavə əsgər və hərbi texnika göndərmək riskləri var və buna bizim ciddi cavablarımız olacaq”, - deyə Zelenski vurğulayıb.
O əlavə edib ki, ilkin məlumatlara görə, Kursk vilayətində Şimali Koreyalılar arasında ölən və yaralananların sayı 3 mindən çoxdur.
Dövlət başçısı qeyd edib ki, Koreya yarımadası ətrafında və qonşu regionlarda sabitliyin pozulması riski Moskva ilə Pxenyan arasında əməkdaşlığın artmasına mütənasib olaraq artır. Dünyanın bu əlaqəni anlaması vacibdir.
QAZİLER.AZ