Almaniya hökuməti Kiyevə iki ədəd “Patriot” zenit-raket kompleksi (ZRK), bir ədəd qısa mənzilli IRIS-T SLS ZRK, 1 ədəd orta mənzilli IRIS-T SLM ZRK, 2 ədəd GEPARD özüyeriyən zenit qurğusu və onlar üçün 65 min mərmidən ibarət növbəti hərbi yardım paketi ayırır.
Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Yardım paketinə 15 ədəd Leopard 1 A5 tankı, 30 ədəd MRAP (minaya qarşı qorumalı zirehli maşın), Leopard 1 və Leopard 2 tankları üçün mərmilər, iki TRML-4D radiolokasiya stansiyası və "hava-hava" sinfinə aid AIM-9L/I-1 “Sidewinder” raketləri; 155 mm kalibrli 52 min mərmi və 1 ədəd PzH 2000 özüyeriyən artilleriya qurğusu daxildir.
Bundan başqa, siyahıda 12 yük maşını, 8 sisternli avtomobil, sərhədçilər üçün 1 maşın, 20 min qumbara, 120 mm kalibrli 15 min minaatan mərmisi, 4580 tank əleyhinə mina, 120 ədəd HK GMG avtomatik qumbaraatan, 200 ədəd MG4 pulemyotu, hücum və snayper tüfəngləri, 4,3 milyon patron, generatorlar və sarğı materialları var.