"Fənərbağça"da ayrılıq baş verib. 

Offsideplus.az xəbər verir ki, komanda Boban Maryanoviç ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 Basketbolçuya "sarı-lacivərtli" formada oyunlarına görə təşəkkür edilib.

Qeyd edək ki, serbiyalı sentyabrdan İstanbul təmsilçisində çıxış edib və 7 qarşılaşmada şans qazanıb.