AZ

On bir ayda elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ 14 faiz artıb

Dövlət satınalmalarının elektron formada həyata keçirilməsi bütün təchizatçılara (podratçılara) bərabər rəqabət mühitinin yaradılması ilə yanaşı, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə olunmasını da təmin edir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, 2024-cü ilin yanvar-noyabr aylarında elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artaraq 559,7 milyon manat təşkil edib.

Elektron açıq tender üzrə dövlət büdcəsinə qənaət edilmiş məbləğ 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artaraq 532,3 milyon manat təşkil edib. Kotirovka üsulu üzrə dövlət büdcəsinə qənaət edilmiş məbləğ ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfədən çox artaraq 27,4 milyon manat təşkil edib.

phrase_var_article.chosen
0
3
yeniazerbaycan.com

4phrase_var_article.sources