Fransua Bayrunun Fransanın baş naziri təyin edilməsindən on gün sonra yeni hökumətin tərkibi təsdiqlənib. Manset.az Modern.az-a istinadən xəbər verir ki, qərarı Fransa Prezidenti Emmanuel Makron imzalayıb. Hökumətin tərkibinə iki keçmiş baş nazir daxildir: Fransua Ollandın rəhbərliyi altında işləyən Manuel Vals xarici ərazilər üzrə nazir təyin edilib, Emmanuel Makron hökumətinin başçısı Elisabet Born isə təhsil məsələləri ilə məşğul olacaq. Jak Şirak və Nikolya Sarkozinin dövründə hökumət naziri olmuş Jan-Lui Borlu xarici işlər naziri vəzifəsinə təsdiq edilib. Daxili işlər naziri Bruno Retaio vəzifəsini qoruyub, keçmiş daxili işlər naziri Cerald Darmanin isə ədliyyə naziri təyin olunub. Müdafiə naziri Fransua Lekornu və mədəniyyət naziri Raçida Dati də vəzifələrini qoruyublar.