AZ

2 min abonent qazsız QALDI

Lənkəran qazpaylayıcı stansiyasından təbii qazla təchiz edilən 225 mm diametrli ortatəzyiqli qaz kəmərinin rayonun Göyşaban kəndi ərazisindən keçən hissəsində yaranmış qaz sızması ilə əlaqədar qeyd edilən qaz kəmərinə qazın verilişi dayandırılıb.

hakimiyyet.az "Unikal"a istinadən məlumat verir ki, nəticədə, rayonun Girdəni kəndi və Liman şəhərinin bir hissəsi, Göyşaban və Ürgə kəndlərində ümumilikdə iki minə yaxın abonentə qazın verilişində məhdudiyyət yaranıb.

Qəzanın ləğvi və təmir-bərpa işlərinin gedişi barədə əlavə məlumat veriləcək.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Seçilən
6
7
hakimiyyet.az

10Mənbələr