AZ

İsveçrə Aİ-nin Rusiyaya qarşı 15-ci sanksiya paketinə qoşulub

İsveçrə Aİ-nin Rusiya və Belarusa qarşı 15-ci sanksiyalar paketinə qoşulub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə administrasiyanın mətbuat xidməti məlumat yayıb.

“İsveçrə Aİ-nin qəbul etdiyi əlavə sanksiyaları qəbul edir”, – bəyanatda deyilir.

Sanksiya siyahısına 54 fiziki şəxs və 30 şirkət, habelə Rusiyadan neft daşıyan 52 tanker daxildir.

Bundan əlavə, Belarusdan olan 26 fiziki şəxs və iki təşkilat məhdudiyyətlərə və aktivlərinin dondurulmasına məruz qalıb.

phrase_var_article.chosen
0
1
nocomment.az

2phrase_var_article.sources