AZ

Ağ Evin subay olan “sultanları” -FOTOLAR

ABŞ prezidentlərinin əksəriyyəti seçki kampaniyasına başlayarkən və dövlət başçısı kimi vəzifəyə başlayarkən evli olublar, ailələri və uşaqları vardı və onların arvadları Ağ Evə “Birinci xanımlar” kimi gəliblər. Bu, onların nüfuzuna faydalı təsir göstərib və cəmiyyətdə heç bir dedi-qoduya səbəb olmayıb. Ancaq burada da istisnalar var. Səkkiz ABŞ prezidenti bilmədən bu ənənəni pozub. Onlardan biri tamamilə subay idi, dördü Ağ Evə dul kimi gəlmişdi, üç nəfərin arvadı isə ərləri ABŞ prezidenti vəzifəsində olarkən dünyasını dəyişib.

Tomas Cefferson ölən həyat yoldaşına bir daha evlənməyəcəyinə söz verdi və ölümündən 20 il sonra dul halda Ağ Evə gəldi

1801-ci ildə hakimiyyətə gələn və Amerika dövlətinin qurucu atası sayılan üçüncü ABŞ prezidenti Tomas Cefferson məşhur subay dul və fərdi azadlığın tərəfdarı idi. Marta Ueyles Skelton ilə gənc bir oğlan kimi evləndi, xoşbəxt, lakin qısa ömürlü bir evlilik yaşadı və altı uşaq atası olur, ancaq qızlarından yalnız ikisi yetkinliyə qədər sağ qaldı.

Ceffersonun arvadı prezident olmamışdan xeyli əvvəl vəfat etdi və onun ölüm döşəyində Cefferson bir daha evlənməyəcəyinə söz verdi. Lakin bu, Ceffersonun qaradərili qulluqçusu Salli Heminqs ilə bütün həyatı boyu davam edən münasibətinə mane ola bilmədi. Bəzi məlumatlara görə, o, hətta ondan uşaq da dünyaya gətirib.

Cefferson prezident olanda onun böyük qızı Marta effektiv şəkildə "Birinci Xanım" rolunu oynadı və atasını hər yerdə müşayiət etdi.

Endryu Ceksonun arvadı ərinin andiçmə mərasiminə bir neçə həftə qalmış vəfat edib

Endryu Cekson yoxsulluq içində anadan olub. Lakin onun hüquqi təhsili, Birləşmiş Ştatlar və Böyük Britaniya arasındakı müharibədə liderlik rolu onu Amerikanın siyasi həyatında nüfuzlu şəxs edib. O, Birləşmiş Ştatların tarixində yeddinci prezident olub.

Cekson həyat yoldaşının şərəfini müdafiə etsə də, o, Ağ Evdə "birinci xanım" olmaqdan qorxdu, hər cür şəkildə reklamdan qaçdı. Həyat yoldaşının prezident kimi inauqurasiya mərasimindən bir neçə həftə əvvəl isə dünyasını dəyişdi. Onun ölümündən çox kədərlənən Endryu Cekson bir daha evlənmədi.

Martin Van Büren dul qalmışdı. Böyük uşaqları ilə birlikdə Ağ Evə gəldi və gəlini Birinci Xanım oldu

1836-cı ildə prezident kürsüsünə yüksələn ABŞ-ın səkkizinci prezidenti Martin Van Büren tarixdə təkcə Demokratlar Partiyasının qurucusu kimi deyil, həm də iqtisadi böhran və siyasi vəziyyətin öhdəsindən yaxşı gəlməyən bir insan kimi tanınıb.

Həyat yoldaşı Hanna Hos Buren prezident seçilməzdən uzun illər əvvəl vərəm xəstəliyindən dünyasını dəyişmişdi. Ondan dörd oğlu vardı və Hannanın ölümündən sonra yenidən evlənmədi. Bürenin övladları onunla birlikdə Ağ Evə gələrək atalarına prezidentliyin çətin yükünü daşımağa kömək ediblər. Böyük oğlu Abraham onun şəxsi katibi oldu, gəlini Anjelika isə “birinci xanım” funksiyalarını öz üzərinə götürdü.

Con Tayler və ikinci həyat yoldaşı Culiya

ABŞ-ın doqquzuncu prezidenti Con Tayler ABŞ tarixində “təsadüfi” prezident olub. Uilyam Henri Harrisonun vitse-prezidenti vəzifəsində çalışaraq, 1841-ci ildə onun ölümündən sonra prezident vəzifəsini icra etdi.

Tayler evli idi, lakin həyat yoldaşı Letitia bu hadisədən iki il əvvəl insult keçirdi və praktiki olaraq yataq xəstəsi oldu. Bir il sonra isə ikinci insultdan öldü. O, Ağ Evdə dünyasını dəyişən ilk prerzident yoldaşı oldu. O zaman cütlüyün yeddi yetkin uşağı var idi.

İki il sonra Con Tayler ABŞ prezidenti vəzifəsində olarkən ictimaiyyətdən gizlədilən uzunmüddətli münasibətdə olduğu Culiya Qardiner adlı xanımla yenidən evləndi. Bu isə onu vəzifədə qaldığı müddətdə evlənən ilk prezident etdi.

Prezident Ceyms Byukenen ömürlük subay olub

1857-ci ildə hakimiyyətə gələn ABŞ-ın on beşinci prezidenti Ceyms Byukenen münaqişədən qaçaraq, ölkəni parçalayan və vətəndaş müharibəsinə zəmin yaradan, fəlakətli nəticələrə gətirib çıxaran sakitləşdirmə siyasətindən istifadə edən ən pis prezidentlərdən biri adlandırılıb.

Bukenen dövlət başçısı postunu tutmuş yeganə tamam subay insan olub. Onun heç vaxt arvadı və ya övladı olmayıb, bu da onun reputasiyasına mənfi təsirsiz ötüşməyib. Baxmayaraq ki, o, gəncliyində Ann Coleman ilə nişanlanmış və həmin xanımın ölümünü çox ağır qəbul etmişdi.

Çester Alan Artur Ağ Evə dul kimi gəlib

Bu günə qədər olan məlumata görə, evli olmadan vəzifəyə gələn sonuncu ABŞ prezidenti Çester Alan Artur olub. O, 1881-ci ildə Qarfildin öldürülməsindən sonra ABŞ-ın 21-ci prezidenti oldu və hakimiyyətə gəlişini Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin əsaslı şəkildə genişləndirilməsi və xaricdən gələn miqrantlara ciddi məhdudiyyətlərin qoyulması ilə qeyd etdi.

Evliliyi təxminən iyirmi il davam edən prezidentin həyat yoldaşı Ellen Luis Herndon bu hadisələrdən bir müddət əvvəl vəfat edir. Onların iki övladı var idi. Ataları prezidentliyə başladıqdan sonra uşaqlar Nyu Yorkdakı evlərində qaldılar.

Çester Alan Artur Ağ Evdə “Birinci Xanım” yerində heç kimi görmək istəmədi. Pəncərələri iş otağından aydın görünən Müqəddəs İoann kilsəsində Artur həyat yoldaşının xatirəsinə vitraj taxmışdı. O, heç vaxt yenidən evlənmədi.

Benjamin Harrisonun həyat yoldaşı Karolin onun hakimiyyəti dövründə vərəmdən öldü

Benjamin Harrison 1889-cu ildə vəzifəyə seçilən ABŞ-ın 23-cü prezidenti olub. O, ticarətin məhdudlaşdırılması üçün biznes birləşmələrini qadağan edən ilk qanunvericilik aktı olan Şerman Antiinhisar Aktını imzalayan prezident kimi tarixə düşdü.

Prezident kimi inauqurasiya zamanı o, istedadlı rəqqasə və pianoçu Karolin Skott ilə evli idi. Lakin prezident arvadı olduqdan üç il sonra vərəm xəstəliyinə tutuldu və öldü.

Benjamin Harrison prezidentlik müddətinin sonuna qədər evlənmədi.

Vudro Vilsonun həyat yoldaşı böyrək xəstəliyindən dünyasını dəyişmişdi. Lakin o, tezliklə yenidən evləndi

ABŞ-ın 28-ci prezidenti olan Tomas Vudro Vilson 1913-cü ildə vəzifəyə gəlmişdi. O, ölkə tarixinin ən yaxşı prezidentlərindən biri hesab olunur. O, Birinci Dünya Müharibəsi zamanı ABŞ-ın uğurlu Ali Baş Komandanı, Millətlər Liqasının yaradıcısı olmuş, ABŞ Konstitusiyasına hər iki cinsdən olan insanların səsvermə hüququnu təmin edən 19-cu Düzəlişin qəbuluna rəhbərlik edərək Nobel Sülh Mükafatı almışdı.

Vudro Vilson ABŞ prezidenti kimi inauqurasiya zamanı bir ruhani qızı Ellen Luiza Eksonla evli idi və onların üç qızı var idi. Bir il sonra Ellen ciddi böyrək xəstəliyindən dünyasını dəyişdi.

1915-ci ildə Vilson prezident vəzifəsində işləyərkən Edit Bollinq Qaltla yenidən evlənir və o, təkcə onun sevimli həyat yoldaşı deyil, həm də etibarlı köməkçisi olur. 1919-cu ildə Vilson insult keçirdikdən sonra Edit inzibati işin çox hissəsini öz üzərinə götürdü.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
28
ikisahil.az

1Mənbələr