Azərbyacan Premyer Liqasının 2024/25 mövsümünün ilk yarısında 90 oyun keçirilib.
Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, bu matçlarda 144 min 355 tamaşaçı qeydə alınıb. Orta göstərici 1604-ə bərabər olub.
İlk 18 turun rekordu 10-cu turun “Neftçi” – “Qarabağ” matçında gerçəkləşib. “Neftçi Arena”ya 7069 seyrçi toplaşıb. Antirekord isə 11-ci turun “Araz-Naxçıvan” – “Zirə” görüşünə məxsusdur – 80 tamaşaçı.
Klubların ev oyunlarındakı orta göstəricidə “Turan Tovuz” böyük üstünlüyə malikdir. “Neftçi” ikinci, “Sumqayıt” üçüncüdür. Bu üç komanda ümumi orta göstəricidən yüksək nəticəyə sahibdir.
1. Turan Tovuz 39700 azarkeş (orta hesabla 4411)
2. Neftçi 21931 (2437)
3. Sumqayıt 21450 (2383)
4. Qarabağ 13820 (1536)
5. Sabah 12904 (1434)
6. Şamaxı 9800 (1089)
7. Kəpəz 9650 (1072)
8. Səbail 6500 (722)
9. Zirə 6400 (711)
10. Araz-Naxçıvan 2200 (244)
Cəmi 144355 (1604) (Qeyd: Bütün komandalar 9 ev oyunu keçirib)