AZ

Gürcüstan Prezidenti yeni seçkilərə hazırlıq üzrə Şura yaradır

Gürcüstan Prezidenti Salome Zurabişvili, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası təkrar seçkilərin keçirilməsinə razılıq vermədiyi təqdirdə, təkrar parlament seçkilərinin təşkili məqsədilə Şura formalaşdırmaq niyyətindədir.

 

Senzor.az bildirir ki, bu barədə siyasətçi Facebook-da yayımlanmış videomüraciətində bəyan edib.

 

Dövlət başçısının sözlərinə görə, o, hakim partiyanın rəhbərliyindən dekabrın 29-dək təkrar seçkilərin keçirilmə müddətinin razılaşdırılmasını gözləyir.

 

O bildirib ki, hakim partiya kompromisə getməsə, ikinci ssenari qalacaq – “rejimin dağılması”. Zurabişvili, bununla yanaşı, seçilmiş prezident Mixail Kavelaşvilinin dekabrın 29-na təyin edilmiş inauqurasiyasına baxmayaraq, ölkənin Prezidenti olaraq qalmaq niyyətindədir.

 

“Təkrar seçkilərədək olan dövrü idarə etmək üçün Şura yaradılacaq. Bu Şuranın mandatı yalnız bir məsələyə – yeni seçkilərə hazırlıq olacaq. Artıq sənəd hazırlanır və yəqin ki, sabah seçkilərin tezliklə keçirilməsi üçün bütün minimal şərtləri müəyyən edəcək sənəd hazır olacaq”, – Zurabişvili bildirib.

 

Onun sözlərinə görə, rejimin süqutu hakimiyyətin öz əli ilə baş verəcək, çünki onlar vaxtında “bu ölkə ilə necə davranmağı və özlərinə olan etimadı qorumağı” görə bilməyiblər.


Seçilən
1
4
senzor.az

6Mənbələr