Türkiyənin Samsun şəhərinin Çərşənbə rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.
“Far.Az” xəbər verir ki, bu barədə
“[…] Yük maşını şadlıq sarayının dayanacağından çıxan […] avtomobilə çırpılıb”, – agentlik qeyd edib.
Yerli vaxtla 18:00 (Bakı vaxtı ilə 19:00) radələrində baş vermiş qəzada minik avtomobil sürücüsünün 9 yaşlı uşaq olduğu ortaya çıxıb. Qəzada azyaşlı sürücü də daxil olmaqla beş nəfər yaralanıb. Zərərçəkmişlər arasında 1 və 7 yaşlı uşaqlar da var.
Yaralılardan ikisinin, o cümlədən 7 yaşlı uşağın həyati təhlükəsi olduğu vurğulanıb.
Faktla bağlı araşdırma aparılır.