Çexiyanın xarici işlər naziri Yan Lipavski Slovakiyanın baş naziri Robert Fikonu Moskvaya səfərinə görə tənqid edib. Belə bir addım kütləvi qatilin qarşısında sürünməkdir.
Lipavskinin bəyanatını Sky News yayıb.
Çexiya Xarici İşlər Nazirliyinin rəhbəri Fitsonun Rusıyaya səfərini şərh edərkən qeyd edib ki, Çexiya əvvəllər Rusiya qazının tədarükündən imtina etmək qərarına gəlib.
“Məhz Çexiya hökuməti Rusiyanın enerji resurslarından müstəqilliyi təmin etdi ki, biz kütləvi qatilin, Putinin qarşısında sürünməyə məcbur olmayaq”, - Lipavski vurğulayıb.
O, həmçinin xatırladıb ki, indiki Çexiya hökuməti bu ilin martında Slovakiya ilə hökumətlərarası məsləhətləşmələri təxirə salmaq qərarına gəlib.
Oxuməni.az